...

Azərbaycanın "Akkord" Şirkətlər Qrupunun əməkdaşına müqavimət göstərən şəxs tutulub

Siyasət Materials 9 Oktyabr 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında "Akkord" Şirkətlər Qrupunun əməkdaşına müqavimət göstərdiyi üçün, barəsində axtarış elan olunan 23 yaşlı Qazax sakini tutulub.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən cümə axşamı Trend -a verilən məlumata görə, "Akkord" Şirkətlər Qrupunun əməkdaşına qarşı müqavimət göstərdiyi üçün, üç ay əvvəl barəsində Azərbaycan Cinayət Məcəlləsininhakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315 - ci) maddəsi ilə axtarış elan olunan Qazax rayon sakini Qasımov Süleyman çərşənbə günü tutularaq istintaqa təhvil verilib.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti