...

Azərbaycanın hakim partiyasının prezidentliyə namizədinin təbliğatı zamanı 1 milyon 500 mindən artıq seçici ilə görüş keçirilib

Siyasət Materials 11 Oktyabr 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidentliyinə namizəd, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyevin "İlhamla irəli" seçki - təşviqat kampaniyası çərçivəsində, bu günədək 1200 - dən artıq görüş keçirilib.

YAP - ın mətbuat xidmətindən Trend - a şənbə günü verilən məlumata əsasən, həmin görüş və kütləvi aksiyalarda 1 milyon 500 mindən artıq səsvermə hüququna malik Azərbaycan vətəndaşı iştirak edib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Prezidentliyə namizədlərin təbliğat- təşviqat kampaniyası sentyabrın 17-də başlayıb və səsvermə gününə bir gün qalmış başa çatacaq.

Məlumatda bildirilib ki, YAP - ın seçki kampaniyası çərçivəsində təşkil etdiyi bütün kütləvi tədbirlər Qanuna müvafiq olaraq, namizədlərin görüşləri və kütləvi aksiyalar üçün nəzərdə tutulmuş ünvanlarda təşkil edilib, kifayət qədər səmərəli, uğurlu və mütəşəkkil olub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti