...

Türkiyədə otuz səkkiz nəfərdən ibarət cinayətkar dəstə yaxalanıb

Siyasət Materials 13 Oktyabr 2008 16:32 (UTC +04:00)

Türkiyənin altı ayrı - ayrı rayonunda eyni vaxtda aparılan əməliyyat tədbirləri nəticəsində otuz səkkiz nəfərlik cinayətkar dəstə həbs edilib. Bu barədə Türkiyənin їTimetürkї informasiya agentliyi məlumat verib.

Oğurluq və quldurluqla məşğul olan dəstə üzvlərindən 227 min 385 yeni türk lirəsi dəyərində (təxminən 190 min dollar) qızıl, 1,5 milyon yeni türk lirəsi dəyərində (təxminən 1,1 milyon dollar) oğurluq əşyalar, 20 min yeni türk lirəsi, (təxminən 14 min dollar) 4 min avro və 4 min dollar pul, silah və narkotik maddə aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti