...

Daşkənddəki seçki məntəqəsində fəallıq hazırda 60% təşkil edir

Siyasət Materials 15 Oktyabr 2008 13:13 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 15 oktyabr/ Trend , müxbir T.Jukov/ "Saat 12:00 - a olan məlumatlara görə, Daşkənddəki seçki məntəqəsinə seçicilərin 60% - gəlib. Hazırda konsulluqda 54 nəfər səs verib, bizdə hər şey, planlaşdırıldığı kimi, normal rejimdə keçir, heç bir pozuntu yoxdur", - deyə çərşənbə günü Trend - a Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlkin Əhmədov bildirib.

Onun sözlərinə görə, seçki məntəqəsində müşahidəçilər yoxdur.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti