...

Gəncədə polisin səsvermə prosesinə müdaxiləsi qeydə alınmayıb

Siyasət Materials 15 Oktyabr 2008 13:46 (UTC +04:00)

Azərbaycan, Gəncə,15 oktyabr / Trend / Bu gün Azərbaycanda keçirilən prezident seçkisində saat 12.00 - dək Gəncə şəhərində seçki məntəqələrində polisin səsvermə prosesinə müdaxiləsi qeydə alınmayıb. Bu baradə Trend - un bölgə müxbirinə Gəncə şəhər Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev məlumat verib.

Onun bildirdiynə görə, məntəqə və dairələrdə yaradılan bütün post - patrul xidmətləri ilə əlaqə saxlanılıb. Heç bir insidentin baş vermədiyini qeyd edən Balakişiyev hər hansı belə hal baş verərsə, polisin dərhal tədbir görəcəyini bildirib.

Gəncə şəhərində bu gün seçki dairələri və məntəqələrində ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə 537 polis əməkdaşı cəlb olunub. Balakişiyevin sözlərinə görə, bülletenlər dairələrə gətirildiyi və dairələrdən məntəqələrə paylanıldığı andan, polis gücləndirilmiş iş rejiminə keçib. Balakişiyev Gəncə şəhər Pois İdarəsinin yüksək rütbəli əməkdaşlarının da gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini deyib.

Xəbər lenti

Xəbər lenti