Azərbaycan, Bərdə, 15 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın cənub-qərbində yerləşən (paytaxt Bakıdan 380 kilometr aralı) Ağdam rayon 119 saylı kənd seçki dairəsində cəbhə bölgələrinə yaxın ərazilərdə yerləşən hərbi hissələrdə saat 13.30-a olan məlumata görə, hərbçilərin 50 faizdən çoxu səs verib.
Trend -a məlumatına görə, həmin məntəqələrdə ümumilikdə 1000-dən çox hərbçi səs verəcək.
Ağdam rayon 119 saylı kənd seçki dairəsində 3 seçki məntəqəsi yaradılıb.
Həmin məntəqələrdə səsverməni ATƏT-in, Fransa və İngiltərənin nümayəndələri izləyiblər.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]