...

Azərbaycanda prezident seçkisi normal gedir - "Seçki 2008" QHT Koalisiyası

Siyasət Materials 15 Oktyabr 2008 15:07 (UTC +04:00)

Azərbayan, Bakı, 15 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezident seçkisini müşahidə edən "Seçki 2008" QHT Koalisiyası səsvermə prosesinin normal getdiyini, diqqət çəkən ciddi halların baş vermədiyini bəyan edib. "Müşahidəçilərin saat 14.00 - a olan məlumatlarına görə, artıq bir sıra seçki dairələrində seçici fəallığı müşahidə edilir", - bu barədə məlumatda qeyd olunub.

Koalisiyanın əhatə etdiyi 59 seçki dairəsi üzrə səsvermə fəallığı saat 12.00 üçün 31,7 faiz olub. Bir sıra dairələrdə fəallıq hətta 40 faizə yaxınlaşıb. Bunlar 13 saylı Əzizbəyov (34,1), 67 saylı Cəlilabad (35%), 125 saylı Qubadlı - Zəngilan (38%), 41 saylı Sumqayıt (40%), 39 saylı Gəncə (Kəpəz) (35,3%), 95 saylı Tərtər (38,7%), 49 saylı Yevlax - Mingəçevir (37,1%) və s.) dairələridir. Bəzi dairələrdə isə, bu rəqəm 30 faizdən az olub: (43 saylı Sumqayıt (21,8), 19 saylı Nərimanov (20,99), 25 saylı Nizami (22%), 27 saylı Sabunçu (25%) seçki dairələri.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti