...

Azərbaycanda keçirilən prezident seçkisində əhalinin 31,9 faizi iştirak edib – müşahidəçilər

Siyasət Materials 15 Oktyabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir E.Hüseynzadə / "Rəy" yerli Monitorinq Mərkəzinin yaydığı məlumata görə, Azərbaycanda keçirilən prezident seçkisində yerli vaxtla saat 14.00 - dək ölkə əhalisinin 31,9 faizi iştirak edib.

"Seçki qanun pozuntusu qeydə alınmadan keçir", - deyə müşahidə və "exit-poll" aparan Mərkəzin məlumatında bildirilir.

Azərbaycanın Göyçay, Tərtər, Ağdam və Gədəbəydə seçicilərin kiçik fəallığı müşahidə olunur.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti