...

Moskvadakı seçicilərin 50 faizdən çoxu Azərbaycan prezidenti seçkisində səs verib

Siyasət Materials 15 Oktyabr 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva/ Saat 16.00 - dək Moskvada Azərbaycan prezidenti seçkisində seçicilərin təqribən 50 faizi səsvermədə iştirak edib. Bu barədə Trend -a telefonla, nəzdində seçki məntəqəsi fəaliyyət göstərən səfirlik əməkdaşı bildirib.

Azərbaycanın Moskvadakı səfirliyinin konsulluq şöbəsi tərəfinldən hazırda bu şəhərdə müvəqqəti yaşayan 1562 Azərbaycan vətəndaşı qeydiyyata alınaıb. 700 nəfərdən çox azərbaycanlı səsvermədə iştirak edib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti