...

Ankarada keçirilən seçkilərin nəticəsi açıqlanıb

Siyasət Materials 15 Oktyabr 2008 21:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , R.Hafizoğlu/ Azərbaycan prezidenti seçkiləri üzrə Ankarada keçirilən səsvermənin nəticəsi açıqlanıb.

"Qeydiyyatda olan seçicilərin artıq 92%-i səsvermədə iştirak edib", - deyə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Trend - a bildirib.

"Ankarada rəsmi qeydiyyatda olan 562 Azərbaycan vətəndaşından 535 nəfəri səsvermədə iştirak edib", -deyə səfir qeyd edib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Xəbər lenti

Xəbər lenti