...

ABŞ-ın Los-Anceles şəhərində yaşayan azərbaycanlılar seçkilərdə mütəşəkkil iştirak ediblər

Siyasət Materials 16 Oktyabr 2008 08:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend / Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu nəzdində yaradılmış seçki məntəqəsində səslərin əksəriyyətini hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev qazanıb.

Baş konsulluqdan Trend -a telefonla bildiriblər ki, qeydə alınmış 138 seçicinin 50  faizi seçkidə iştirak edib. Səslərin hesablanmasının nəticələri üzrə seçicilərin 89,4 faizi hazırkı prezident İlham Əliyevə səs verib.

Ötən gün Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti