...

Azərbaycanın Demokratik Azərbaycan Dünyası Partiyası prezident seçkisinin nəticələrinə dair rəyini açıqlayıb

Siyasət Materials 17 Oktyabr 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) prezident seçkisində apardığı müşahidənin nəticələri ilə bağlı açıqlama verib.

Trend Xəbərlər Şirkətində cümə günü keçirilən mətbuat konfransında DADP sədrinin müavini, mətbuat və informasiya xidmətinin rəhbəri Samir Adıgözəlli səsvermə prosesini partiyanın 3563 müşahidəçisinin izlədiyini deyib.

Trend -un arayışı: Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından olan namizəd, hazırkı prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

Adıgözəllinin sözlərinə görə, partiyanın üzvləri paytaxtda və bütün bölgələrdə səsvermə prosesində də çox fəal iştirak ediblər.

"Oktyabrın 15-də saat 12:00 radələrində artıq partiyanın 260 mindən çox üzvü hakim partiyanın namizədi İlham Əliyevin lehinə səs vermişdilər", - DADP sədrinin müavini bildirib.

O, səsvermə prosesində partiya müşahidəçilərinin faktiki heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını da vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti