...

Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı protokolların 99,8 faizi hesablanıb

Siyasət Materials 17 Oktyabr 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı protokolların 99,8 faizi hesablanıb. "Bu gün saat 11-ə qədər ölkə üzrə 5359 məntəqənin 99,8 faizindən, yəni 5348 məntəqədən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub", - bu barədə cümə günü Trend -a "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

Trend -un arayışı: Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Məlumatda qeyd olunub ki, ümumilikdə namizədlərin lehinə 3 milyon 640 min 702 səs verilib.

Səsvermə hüququ olan vətəndaşların 3 milyon 230 min 340 nəfəri hakim Yeni Azrbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyevə etimad göstərib. Bu isə ümumi seçicilərin 88,73 faizi deməkdir.

Digər namizədlər - İqbal Ağazadə 104 min 163 səslə (2,86 faiz) ikinci, Fazil Qəzənfəroğlu 89 min 950 səslə (2,47 faiz) üçüncü, Qüdrət Həsənquliyev 82 min 981 səslə (2,28 faiz) dördüncü, Qulamhüseyn Əlibəyli 81 min 110 səslə (2,23 faiz) beşinci, Fuad Əliyev 28 min 402 səslə (0,78 faiz) altıncı və Hafiz Hacıyev 23 min 753 səslə (0,65 faiz) sonuncu yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti