...

"Bakı-Stil Kompani" şirkətindən külli miqdarda armatur oğurlanıb

Siyasət Materials 21 Oktyabr 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir S.Kazımlı / "Bakı-Stil Kompani" şirkətindən 49,2 ton armatur oğurlanıb.

Azərbaycanın paytaxtında yerləşən "Bakı-Stil Kompani" şirkəti əməkdaşlarının özlərinin şirkətdən oğurluq etmələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, oktyabrın 1-nə keçən gecə "Bakı-Stil Kompani" şirkətinin mühafizə departamentinin əməkdaşları Bakı şəhər sakinləri Zəka Hüseynov və Məlik Həsənov anbardan 49,2 ton armatur oğurlayıblar. Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti