...

Avropa gürcü-osetin münaqişəsində öz rolunu yerinə yetirib – Fransa prezidenti

Siyasət Materials 21 Oktyabr 2008 14:09 (UTC +04:00)
Avropa gürcü-osetin münaqişəsində öz rolunu yerinə yetirib – Fransa prezidenti

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir A.Qasımova/ Avropa gürcü-osetin münaqişəsindən sonra Rusiya qoşunlarının oradan çıxarılmasına nail oldu və Gürcüstan ilə Rusiya arasında dialoqun aparılmasını təkid etdi. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Avropa Parlamentinin iclasında çıxış edən Fransa porezidenti Nikolya Sarkozi bildirib.

"Əgər Avropa dialoqun aparılmasını təkid etməsəydi, biz uğur əldə edə bilməyəcəkdik. Regionda gərdinliyi azaltmaq üçün böyük yol getmək lazımdır", - deyə prezident bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqlər qurulub.

"Rusiyanın gürcü-osetin münaqişəsinə reaksiyası qeyri-proporsional olub, lakin digər tərəfdən, bundan öncə də tamamilə əsassız fəaliyyətlər həyata keçirilib", - deyə Sarkozi bildirib.

Onun sözlərinə görə, vaxtilə Avropa Berlin divarlarının dağıdılmasında iştirak edib və yeni divarın yaranmasına yol vermək olmaz. "Dünyaya Avropa ilə Rusiya arasında böhran lazım deyil və biz ideyalarımızı müdafiə etməli, dövlətlərin ərazi bütövlüyünə və insan haqlarına hörmət etməyilik", - deyə prezident bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti