...

Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Siyasət Materials 21 Oktyabr 2008 20:51 (UTC +04:00)

Türkiyə, Ankara, 21 oktyabr/ Trend , müxbir A.Ələsgərov/ Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilir.

"Anadolu" agentliyinin verdiyi xəbərə görə, iclas dövlət başçısı Abdullah Gülün sədrliyi ilə Çankaya prezident sarayında keçirilir.

İclasda müzakirə ediləcək başlıca mövzunun həm ölkə daxili, həm də xaricdə PKK terror təşkilatına qarşı mübarizənin olacağı gözlənilir.

Terrorçuların bir müddət əvvəl Hakkari əyalətində Aktütün sərhəd zastavasına hücumu da müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti