...

Azərbaycandakı prezident seçkisi ilə bağlı beynəlxalq təşkilatların növbəti hesabatları seçkinin demokratikliyinə kölgə sala bilməz – hakim partiya

Siyasət Materials 22 Oktyabr 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir C.Babayeva/ Azərbaycandakı prezident seçkisi ilə bağlı beynəlxalq təşkilatların növbəti hesabatlarındakı bəzi nöqsanlar seçkinin demokratikliyinə kölgə sala bilməz.

"Ola bilsin ki, beynəlxalq təşkilatların müşahidəçiləri bəzi seçki məntəqələrində pozuntular müşahidə ediblər. Nöqsanlı məqamlar seçkinin demokratikliyinə, şəffaflığına və ədalətliyinə heç bir şübhə yarada bilməz", - deyə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov çərşənbə günü jurnalistlərə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Əhmədovun sözlərinə görə, Azərbaycanda keçirilmiş prezident seçkisini müşahidə etmiş beynəlxalq təşkilatlar seçkiyə bütövlükdə yüksək qiymət veriblər.

Azərbaycanda prezident seçkisini müşahidə etmiş MDB, GUAM, ATƏT və bir sıra beynəlxalq təşkilatlar seçkinin demokratik keçməsi ilə bağlı ilkin bəyanatlar verib. ATƏT seçkinin nəticələrinə dair yekun hesabatını yaxın vaxtlarda açıqlayacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti