...

Rusiyanın Mərkəzi Seçki Komissiyası Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Siyasət Materials 22 Oktyabr 2008 15:46 (UTC +04:00)

RBK - nın verdiyi xəbərə görə, Rusiya Federasiyasının (MSK) sədri Vladimir Çurov 2008 - ci il oktyabrın 15- də Azərbaycanda keçirilən prezident seçkisində istifadə olunan texniki yeniliyin diqqətlə öyrənilməsini təklif edir.

O, jurnalistlərə bu seçkidə iştirak etdiyini bildirib və bir yeniliyi - Azərbaycanda seçki məntəqələrinin prosesi canlı yayımlayan veb - kameralarla təchiz edildiyini qeyd edib.

" Kameralar məntəqələrin girişinə və seçki komissiyalarının üzvlərinə yönəldilmişdi, kameralar vətəndaşların səsvermə prosesini qeydə almırdı. Belə ki, səsvermənin gizliliyinə riayət olunurdu, lakin hər kəs internetdə gəlişini yoxlaya bilər. "Bu yenilik tədqiq və diqqətli qiymət tələb edir", - deyə Çurov güman edir.

Seçki idarəsindən bildriblər ki, Kemerovo vilayətində keçirilən seçkidə hər hansı bir pozuntuya dair məsələni nəzərdən keçirməyə MSK-nın əsası yoxdur. Bu barədə jurnalistlərə RF -nin MSK katibi Nikolay Konkin məlumat verib və bildirib ki, 2006 -ci il oktyabrın 12 - də vilayətin Qanunverici Məclisinə keçirilən seçkiləri RF MSK deyil, vilayətin sençki komissiyası təşkil edib.

Konkin MSK-ya, o cümlədən Kemerovo vilayəti seçki komissiyasının ünvanına pozuntulara dair heç bir şikayətin daxil olmadığını bildirib və qeyd edib ki, MSK - da RFKP-nin nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələni qaldırmayıb.

2008 - ci il oktyabrın 12 - də Rusiya Federasiyasının beş regionunda Qanunverici Məclislərə seçkilər keçirilib. Səsvermənin yekunlarına görə, Kemerovo vilayətində yerli parlamentə iki partiya daxil olub. Bunlar seçici səslərinin 84,85% -ini toplayan və parlamentdə 35 mandat əldə edən "Vahid Rusiya" və seçici səslərinin 5,52% -ini toplayaraq, parlamentdə bir mandat qazanan "Ədalətli Rusiya" partiyalarıdır. RFKP bəyan edib ki, bir neçə regionda səsvermənin nəticələrini tanımamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti