...

Azərbaycan prezidenti dövlətçiliyin, demokratiyanın və iqtisadiyyatın gələcək inkişafı üçün əlindən gələn səyləri göstərəcək

Siyasət Materials 24 Oktyabr 2008 15:02 (UTC +04:00)
Azərbaycan prezidenti dövlətçiliyin, demokratiyanın və iqtisadiyyatın gələcək inkişafı üçün əlindən gələn səyləri göstərəcək

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidenti dövlətçiliyin, demokratiyanın və iqtisadiyyatın gələcək inkişafı üçün əlindən gələn səyləri göstərəcək.

"Mən Azərbaycan xalqına beş il əvvəl qəbul edilmiş, xalqımızın bütün maraqlarına cavab verən Heydər Əliyev siyasətinə sadiq qalacağımı söz verirəm. Bu siyasət sayəsində Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, ölkədə sabitlik bərqərar edilib", - Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda inauqurasiya mərasimində bildirib.

Dövlət başçısının andiçmə mərasimi Bakının əsas konsert zalı - paytaxtın mərkəzindəki Heydər Əliyev adına sarayda keçirilib.

Azərbaycan prezidenti əlini Azərbaycan Respbulikası Konstitusiyası və müqəddəs kitab Quran üzərinə qoyaraq and içib.

İnauqurasiyada Gürcüstan prezidenti Mixail Saakaşvili, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Polşa Prezidenti Aparatının rəhbəri Pyotr Kovnatski, Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, Ukrayna xarici işlər nazirinin müavini Konstantin Yeliseyev iştirak edib.

Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini rəsmən elan edib.

Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.

Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Azərbaycanın dördüncü prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda tanınmış siyasi xadim Heydər Əliyevin ailəsində dünyaya gəlib. O, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ), 1985-ci ildə isə həmin institutun aspiranturasını bitirib. 1985-1990-cı illərdə MDBMİ-də dərs deyib. 1991-1994-cü illərdə Moskvada kommersiya şirkətinin baş direktoru kimi çalışıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildə isə həmin şirkətin birinci vitse-prezidenti təyin edilib. 2003-cü il avqustun 4-də ölkənin Baş naziri olub. İki çağırışda Azərbaycan parlamentinə deputat seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir.

2003-cü ilin oktyabrından birinci müddətə Azərbaycan prezidenti seçilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti