...

Azərbaycanda 62 yaşlı qadın dəm qazından boğularaq ölüb

Siyasət Materials 25 Oktyabr 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Zaqatala, 25 oktyabr / Trend , müxbir S. Fətəliyev / Azərbaycanın şimal bölgəsində 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Zaqatala rayon Prokurorluğundan şənbə günü Trend -a verilən məlumata görə, bu gün saat 10:00 radələrində Zaqatala (Bakının 420 kilometrliyində) rayonunun Yuxarı Tala kəndindəki hücrədə (ibadət otağında) kənd sakini 62 yaşlı Xaci Əlibek qızı Əlibekova dəm qazından zəhərlənərək ölüb.

Prokurorluqdan bildiriblər ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, Əlibekova siqaretdən istifadə edən olub və uzanılı vəziyyətdə siqaret çəkərkən yatıb. Bunadan sonra siqaretin döşəmənin üstünə düşməsi nəticəsində yanğın baş verib. Nəticədə Əlibekova tüstüdən boğularaq ölüb. Əlibekovanın qalmağa yeri olmadığı üçün hücrədə qalırmış.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti