...

Azərbaycan prezidenti Müslüm Maqomayevin dəfni ilə bağlı qərar qəbul edib

Siyasət Materials 27 Oktyabr 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi

Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin dəfni ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edib.

Qərara əsasən, 2008-ci il oktyabrın 28-də Moskva şəhərində Çaykovski adına konsert salonunda keçirilən vida mərasiminə Azərbaycanın rəsmi nümayəndə heyətinin göndərilməsi, Müslüm Maqomayevin cənazəsinin xüsusi təyyarə ilə Bakıya gətirilməsi və 2008-ci il oktyabrın 29-da saat 11.00-dan 15.00-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında vida mərasiminin təşkil olunması nəzərdə tutulur.

Dəfn mərasimi 2008-ci il oktyabrın 29-da saat 16.00-da birinci Fəxri xiyabanda olacaq.

Xəbər lenti

Xəbər lenti