...

Pakistanda baş erən zəlzələdə Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur – konsul(YENİLƏNİB)

Siyasət Materials 29 Oktyabr 2008 09:22 (UTC +04:00)
Pakistanda baş erən zəlzələdə Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur – konsul(YENİLƏNİB)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend / Pakistanda baş verən zəlzələdə Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur. Bu barədə Azərbaycanın Pakistandakı konsulu Daşqın Şikarov Trend -a  telefonla bildirib.

Konsul qeyd edib ki, bu gün səhər Pakistanda iki zəlzələ qeydə alınıb. Səhər saat 4:00 və 5:10 radələrində. İlkin məlumatlara əsasən xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Belə ki, onlar əsasən Pakistanın paytaxtında və Kəraçi şəhərində yaşayırlar. Zəlzələ baş verən ərazilərdə azərbaycanlıların olması ehtimalı azdır.

Assoşeyted Press agentliyinin xəbər verdiyi kimi, bu gün səhər Pakistanda  baş verən Rixter şkalası üzrə 6,2 bal gücündə zəlzələ nəticəsinə 80 nəfər həlak olub. Zəlzələnin episentri Pakistanın cənub-qərbində Belucistanda qeydə alınıb. Zəlzələnin episentri Kvetta şəhərindən şimalda 10 kilometr dərinlikdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti