Fələstin Muxtariyyatının başçısı Mahmud Abbas bazar günü bildirib ki, Annapolis konfransında nəzərdə tutulduğu kimi 2008-ci ilin sonunadək İsrail ilə sülh razılaşması mümkün deyil, Ynet aqentliyi xəbər verir.
Abbas İordaniya Kralı II Abdullah ilə keçirdiyi görüşdən sonra deyib ki, cari ilin sonunadək tərəfləri razı salacaq sülh müqaviləsi imzalanmayacaq.
Fələstin Muxtariyyatının başçısının sözlərinə görə, tərəflərin maraqlarını qismən təmin edəcək razılaşmanın imzalanmasına zərurət yoxdur. Belə ki, hamı əsaslı sülh müqaviləsini gözləyir.
Ötən ilin noyabrından, Annapolis konfransından başlayaraq Fələstin Muxtariyyatı və İsrail sülh razılaşmasına nail olmaq məqsədi ilə danışıqlara cəlb olunublar. Bu razılaşma ilk növbədə Fələstin qaçqınlarının problemi və Qüdsün statusunu müəyyənləşdirməlidi.
Abbas deyib, "Biz kral Abdulla ilə yeni Amerikan administrasiyasının və İsrail hökumətinin seçilməsi ilə hansı yeniliklərin ola biləcəyini müzakirə etdik".
Kral Abdulla bildirib ki, FƏTH, İslam hərəkatı və HƏMAS arasında razılıq əldə olunmalıdı. O, qeyd edib ki, bu addın müstəqil Fələstin dövlətinin yaradılmasına yardım edəcək.