...

Azərbaycan prezidentinin Türkiyəyə səfəri Atatürkün məzarını ziyarətlə başlayıb

Siyasət Materials 5 Noyabr 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev Esenboğa hava limanından birbaşa Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib. Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyevin adından məzarın önünə əklil qoyulub, türk dünyasının böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb: "Türkiyə Cümhuriyyətinin qurucusu böyük öndər Mustafa Kamal Atatürkün məzarı önündə baş əyirəm. Böyük Atatürkün xatirəsinə Azərbaycan xalqının dərin hörmətini bildirirəm. Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır".

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən seçkidə yenidən prezident seçildikdən sonra noyabrın 5-də ilk rəsmi səfərini Türkiyəyə edib. Azərbaycan prezidentinin səfəri sabah başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti