Noyabrın 6-da Ankaranın Batıkənd
məhəlləsində Heydər Əliyev
küçəsinin açılışı olub.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban
Əliyeva, habelə Türkiyənin energetika və təbii
sərvətlər naziri Hilmi Gülər və xanımı,
Ankara Böyük Şəhər Bələdiyyəsinin
sədri Melih Gökçek mərasimdə iştirak
ediblər.
İlham Əliyevə
məlumat verilib ki, uzunluğu 900 metrə yaxın olan bu
küçəyə 2008-ci ilin iyununda ulu öndər
Heydər Əliyevin adı verilib. Ətrafda Heydər
Əliyev adına ibtidai məktəb, ümummilli liderin
adını daşıyan park, yaşayış evləri,
ofislər və inzibati binalar yerləşir.