Azərbaycan, Bakı, 07 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.