...

Avropa ABŞ - ın yeni administrasiyasından kömək gözləyir – Sarkozi

Siyasət Materials 8 Noyabr 2008 11:33 (UTC +04:00)

Belçika, Brüssel, 08 noyabr/ Trend , müxbir A.İsmayılova/ "Avropa və ABŞ gələcəyə köklənməli və nəzərə almalıdırlar ki, bir istiqamətdə baxaraq, ümidləri məyus etməməlidirlər", - Fransa prezidenti Nikolya Sarkozi, Aİ-yə sədrlik edən ölkə başçısı kimi, cümə günü Brüsseldə bildirib.

O qeyd edib ki, ABŞ - ın yeni seçilmiş prezidenti Barak Obama "aydın dünya yaratmaq, dünyanın idarəsini dəyişmək, ekologiyanı qlobal prioritetlərdən biri kimi ayırmaqda" Aİ-yə kömək etməlidir.

Sarkozinin rəyinə görə, ABŞ planetin qorunması prosesinə cəlb edilməlidir. "Biz Amerika ilə vahid dəyərləri bölüşürük. Mən bunu prezident Obama ilə müzakirə etmişəm", - Fransa prezidenti bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti