...

Gürcü-osetin münaqişəsi zonasında mina partlaması nəticəsində iki gürcü polisi həlak olub

Siyasət Materials 10 Noyabr 2008 12:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcü-osetin münaqişəsi zonası yaxınlığındakı Dvani kəndində bazar ertəsi səhər saatlarında mina partlaması nəticəsində iki gürcü polisi ölub, üçü isə yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polislər yüksəkliklərdən birinin üstünə sancılan ostein bayrağını çıxartmaq istəyərkən minaya düşüblər.

Zərərçəkənlər Qoridəki hərbi hospitala çatdırılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti