...

Azərbaycanda partiyaların büdcədən maliyyəşləşməsi məsələsi parlamentdə qaldırılıb

Siyasət Materials 12 Noyabr 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsini parlamentin iclasında qaldırılıb.

"Siyasi partiyaların maliyyələşməsi üçün dövlət büdcəsindən maliyyə ayrılmalıdır və büdcədə bu məsələ həllini tapmalıdır", - YAP icra katibinin müavini, deptat Siyavuş Novruzov bildiroib.

Trend -ın arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992 - ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulacaq.

Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir. Azərbaycan hakimiyyəti isə büdcədən maliyyə vəsaiti ayrılması üçün partiyaların parlament seçkilərində iştirakının və qazandığı səslərin əsas götürülməsini təklif edir.

"Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin bir çox səbəbələri var. Siyasi sistemin əsas atributlarından olan partiyaların dövlət büdcəsindən maliyyələşməsi dünyada geniş yayılıb. Artıq keçmiş sovet ölkələri də bu prosesə başlayıblar. Biz də bunu həyata keçirməliyik", - deyə o əlavə edib.

Novruzov qeyd edib ki, Azərbaycanın bəzi partiyaları ayrı-ayrı səfirliklərin və beynəlxalq təşkilatların qapısını kəsib onldardan pul alırlar.

"Belə partiyalar məcbur olurlar ki, kimdən pul alıblar onlara da işləsinlər. Ona görə də bu məsələ büdcə hesabına həll olunmalıdır. Büdcədə dürüstləşmə aparılanda pratiyaların maliyyələşməsi məsələsi büdcəyə daxil edilməlidir", - Novruzov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti