...

Azərbaycan Müdafiə Nazirliyi əsgərlərin ölümü ilə bağlı rəsmi mövqeyini açıqlayıb

Siyasət Materials 14 Noyabr 2008 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycan Müdafiə Nazirliyi əsgərlərin ölümünün səbəbləri ilə bağlı rəsmi açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, Ağstafadakı N saylı hərbi hissənin əsgəri 18 yaşlı Ruslan Adıgözəlov ağır kəskin meningit xəstəliyindən dünyasını dəyişib. Adıgözəlov noyabrın 10-da dünyasını dəyişib. Ağdam rayonundan məcburi köçkün düşmüş Adıgözəlov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Sabiroğlu deyib ki, Füzuli rayonundakı N saylı hərbi hissənin əsgəri 19 yaşlı Aqşin Məmmədzadənin ölümündən bir neçə gün əvvəl valideynləri hərbi hissədə onunla görüşüblər. Həmin vaxt əsgər hər hansı probleminin olmadığını deyib. Bundan bir gün sonra isə əsgər dünyasını dəyişib. Hazırda məhkəmə tibbi ekspertizası əsgərin ölümünün səbəbini araşdırır. Sabiroğlu bildirib ki, ekspertizanın rəyi açıqlanandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Məmmədzadə noyabrın 11-də vəfat edib. İlkin məlumatlara görə, onun zəhərlənmədən dünyasını dəyişdiyi bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti