Azərbaycan, Bakı, 17 noyabr/ Trend / Təl-Əvivdə avtobusda partlayış baş verib. Ən azı bir nəfər həlak olub. Partlayış Təl-Əvivdə avtobus dayancağında baş verib. Şahidlərin sözlərinə görə, hadisə yerinin yaxınlığında olan iki şəxs yaralanıb. Hadisə Yehud ha-Makabi və Dereh Namir küçələrinin kəsişməsində baş verib.
Hadisə nəticəsində avtomaşın ciddi xəsarət alıb. Hadisə yerinə gələn yanğınsöndürlənlər alovu aradan qaldırıblar. Avtomobildən xəsarət alan şəxs çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İstisna edilmir ki, məhz avtomobilin sürücüsü qəsdin qurbanı olub və partlayıcı qurğu onun maşınına quraşdırılıb, - İsrailin Zman.com informasiya saytı xəbər verir.
Hadisə yeri polis əməkdaşları tərəfindən əhatəyə alınıb, həkim briqadaları və kriminalistlər hadisə yerində işləyirlər. İlkin qiymətləndirmələrə görə, terror aktından deyil, kriminal hadisədən söhbət gedir. Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb, onların həyatı üçün təhlükə yoxdur.
Partlayışdan dərhal sonra yolayrıcı və bitişik küçələr avtonəqliyyatın hərəkəti üçün bağlanıb. Bu, yollarda ciddi tıxaclara səbəb olub.