...

İranın yeni daxili işlər naziri təyin olundu - YENİLƏNİB

Siyasət Materials 18 Noyabr 2008 14:33 (UTC +04:00)

İran, Tehran, 18 noyabr / Trend , A.Namdari/ İranın daxili işlər naziri vəzifəsinə yeni namizəd - Məhəmməd Sadıq Məhsuli parlamentdə səs çoxluğu ilə təsdiqlənib.

Səsvermə zamanı 138 deputat lehinə, 112 əleyhinə olub, 20 nəfər bitərəf qalıb. Bu vəzifəyə seçilənədək Məhsuli prezidentin müşaviri olub.

Ötən həftə İranın daxili işlər naziri vəzifəsindən uzaqlaşdırılıb və yerinə Məhsulinin namizədliyi irəli sürülüb.

Parlamentin iclasında Məhsulinin namizədliyini dəstəkləyən İran prezidenti Əhmədinejat da iştirak edib.

2004-cü ildə Məhsulinin namizədliyi prezident tərəfindən neft naziri vəzifəsinə irəli sürülsə də, parlament tərəfindən qəbul edilməmişdi.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti