...

Ədliyyə Nazirliyinin Mühafizə Alayında əlbəyaxa döyüş üzrə yarış keçirilib (fotosessiya)

Siyasət Materials 20 Noyabr 2008 15:42 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Mühafizə Alayında əlbəyaxa döyüş üzrə yarış keçirilib (fotosessiya)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycan Ədliyyə Nazirliyinin yaranmasının 90 illki yübleyi ilə əlaqədar nazirliyin Penitensiar Xidmətinin Mühafizə Alayında əsgərlər arasında olimpik sistemdə yarış keçirilib.

Trend - un məlumatına görə, cümə axşamı Mühafizə Alayında keçirilən yarışda Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov və sambo üzrə dünya çempionu Ceyhun Məmmədov qonaq kimi iştirak ediblər.

Səkkiz çəki üzrə əlbəyaxa döyüş yarışında 111 idmançı - əsgər iştirak edib. Yarışa baş hakimliyi Rəsul Məmmədov edib. Mühafizə Alayının bölüklərinin əsgərləri arasında aparılan yarışa noyabrın 19 - da start verilib və bu gün final döyüşlər keçirilib. Yarış həm bölüklər arasında, həm də fərdi qaydada aparılıb.

Yarışın nəticələrinə görə, fərdi qaydada müxtəlif çəkilər üzrə Mühafizə Alayının əsgərləri Elvüsal Şirinov (60 kq), Cəsarət Allahverdiyev (65), Emil Qasımov (70), İldırım Həsənov (75), Fərid Həsənov (80), Mahir Məmmədov (85), Vüsal Məmmədov (90) və Zaur Hacıbabayev (95) birinci yeri tutublar.

Komandalar arasında birinci yeri Mühafizə Alayının Xüsusi Təyinatlı bölüyü, ikinci yeri 17- ci bölük, üçüncü yeri 2 - ci bölük tutub.

Qaliblərə Penitensiar Xidmətin rəis müavini, polkovnik Mahir Musayev, Mühafizə Alayının komandir əvəzi polkovnik-leytenat Abil İsmayılov, idmançılar Vüqar Ələkbərov və Ceyhun Məmmədov diplomlar təqdim ediblər.

Mühafizə Alayinda yüksək səviyyədə idman yarışlari təşkil etdiyi üçün, Mühafizə Alayının komandir əvəzi İsmayilova kubok təqdim edilib.

Yarışdan sonra tədbir iştirakçıları alayda yeni istifadəyə verilən tir salonunda olublar. Musayev və İsmayılov tapançadan nişangahlara atəş açıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti