...

Gürcüstan prezidenti avqust hadisələrinin öyrənilməsi üzrə parlament komissiyası qarşısında duracaq

Siyasət Materials 21 Noyabr 2008 13:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avqust hadisələrinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyası noyabrın 28-də Gürcüstan prezidenti Mixail Saakaşvilini dinləyəcək. Bu barədə Gürcüstan hökumətinin həftəlik mətbu nəşrində bildirilir.

Gürcüstan parlamentinin sədri David Bakradze noyabrın 24-də komissiyaya çağırılacaq.

Dövlət başçısı komissiya qarşısında çıxış etmək və suallara cavab verməyə hazır olduğunu özü bildirib, qanuna görə isə o, buna məcbur deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti