...

Somali piratları Gürcüstan dənizçilərini azad ediblər

Siyasət Materials 22 Noyabr 2008 08:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 noyabr / Trend müxbir N.Kirtsxalia/ Somali piratları tərəfindən bir həftə öncə əsir götürülmüş "Genius" gəmisinin heyəti  ötən günü azad edilib. Azad olunanlardan 6 nəfər Gürcüstan vətəndaşıdır.

Gəminin sahibi olan şirkət girov pulunu ödədikdən sonra dənizçilər azad ediliblər. Əsirlərin azad edilməsində Gürcüstanın Yunanıstandakı konsulu fəal iştirak edib.

Qeyd edək ki, piratların əsirliyində olan "Aksion" və "CIS Future" gəmilərində 18 Gürcüstan vətəndaşı girovdur. Onların azad edilməsi üçü danışıqlar davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]   

Xəbər lenti

Xəbər lenti