...

Azərbaycan xalqının qısa müddət ərzində demokratiya yeyələnməsi çox maraqlıdır - Avropa Şurasının Baş katibi Terri Devisin müsahibəsi

Siyasət Materials 23 Noyabr 2008 15:25 (UTC +04:00)

Fransa, Strasburq, 23 noyabr/ Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurasının Baş Katibi Terri Devisin Həmrəylik günü çərçivəsində Azərbaycanlı jurnalistlərə müsahibəsi.

- Dekabrın 2-3-də Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoq"u necə qiymətləndirisini?

Dekabrın 2-3-də Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoq"a həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətindən bəhs edən Terri Devis sözügedən konfransadan çox şey gözlədiyini.bildirib. Mən həmişə Azərbaycana səfər etməyə çox şad oluram. Təəssüf edirəm ki, Azərbaycana səfərlərim qısa müddətli olur. Bu dəfə ki səfərimdə şəxsi təşəbbüsümlə Azərbaycandakı muzeylərə baş çəkəcəm. Ölkənizin mədəniyyəti ilə çox maraqlanıram. Yalnız xaricdən sizin muzeyləri görmüşəm. Məncə, olkənizdə muzeylər çoxdur, lakin görmək istədiyim önündə iki böyük heykəl olan muzeydir. Hansi muzeydən danışdığımı bildinizmi? Bu muzeyi görmək ucun xüsusi xahiş etdim. Mən Azərbayan xalqı tərəfindən həmişə yaxşı qarşılanmışam.

- Azərbaycanda tolerantlıq səviyyəsini necə qiymətləndirisiniz?

- Azərbaycanda milli azlıqlara çox gözəl münasibət bəslənilir. Eyni zamanda, Gürcüstanda da Azərbaycanlı azlıqlara yaxşı münasibətin olduğunu düşünürəm. Bildiyiniz kimi, mən milli azlıqlarla necə münasibət bəsləndiyinə xüsusi önəm verirəm. Mənim fəlsəfəm çox sadədir.Biz müxtəlif olmaqla yanaşı, həm də bərabərik.

- Azərbaycana səfəriniz zamanı prezident İlham Əliyevlə görüşəcəksiniz?

Məni Azərbaycanda narahat edən məsələ mətbuat və söz azadlığına olan munasibətdir. Azərbaycana növbəti səfərim zamanı azərbaycan rəsmiləri ilə görüşdə bu məsələləri qaldıracam. Mən prezident İlham Əliyevi yaxşı tanıyıram. Deyim ki, mərhum prezident Heydər Aliyevi də tanıyırdım. Bu səfər müddətində prezident İlham Əliyevlə görüşümü çox gözləyirəm.

- Bildiyiniz kimi, Azərbaycanda keçirilən prezident seçkiləri Gürcüstanda və ermənistanda keçirilən seçkilərdən çox vərqləndi. Lakin Avropa Şurasının bəyanatında mənfi bəndlər mövcuddur. Bunu necə iza edərsiniz?

- Azərbaycandakı seçkilər daha da yaxşı ola bilərdi. İlham Əliyev seçilməsində heç bir şubhə yoxdur. Azərbaycandakı seçkilər daha da yaxşı təşkil oluna bilərdi və bu Azərbaycanın və prezidentin öz marağında olmuş olardı. Amma ən önəmli məsələ demokratiyada özrəqibləri ile necə davranmaqdir.Bu rəy sorğusundan da, qanundan da vacibdir. Demokratiyada əsas məsələlərdən biri də siyasətçinin onunla razilaşmayan insanlarla necə davranmasıdır. Bu istiqamətdə fikrimi bildirmək istərdim. Atam iki şeylə maraqlanırdı. Biri futbol, digəri isə siyasət idi. Açığı, o futbolla daha çox maraqlanırdı. Mən balaca olanda bir söz dedi və indi onun ağıllı olduğunu anlayıram. O mənə dedi ki: "Yadında saxla ki, həm siyasətdə, həm də futbolda sn başqa oyunçuyla deyil, topla oynayırsan". Onun bu cümləsi çox ağıllı və müdrükdür. Onu da yadda saxlamaq lazımdır ki, sən haqsız, önündəki insan isə haqlı ola bilər. Onun dediyi bu iki söz sizinlə razı olmayan insanlarla necə əlaqədə olmağı əks etdirir. Bu qanundan daha vaibdir və öz rəqiblərinlə rəftar etməyin yolu budur. Hamıya yaxşı məlumdur ki, Azərbayanda bir necə il bundan əvvələ qədər demokratiya olmayıb. Azərbaycanın və Azərbaycanlıların sürətlə öyrənməsi çox maraqlıdır.

Ənənəvi olaraq, hər il təşkil edilən AŞ-nın Həmrəylik günündə bu il 39 üzv ölkə və AŞ yanında müşahidəçi statusu olan dörd missiya iştirak edib. Azərbaycan Daimi Nümayəndəliyi də xeyriyyə tədbirində xalçalardan, eləcə də milli şirniyyatlardan ibarət stend təmsil olunub.

Xəbər lenti

Xəbər lenti