...

Azərbaycanın sol təmayüllü partiyalarının Sol Qüvvələr Birliyi yaradılıb

Siyasət Materials 24 Noyabr 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın dörd sol təmayüllü partiyasının təmsil olunduğu birlik Sol Qüvvələr Birliyi adlandırılıb.

Sol Qüvvələr Birliyinin təsisçilərinin bazar gunu keçirilən görüşündə qurumun proqram və Əsasnaməsinin hazırlanması məqsədilə təşkilat komitəsi yaradılıb. Birlik rəsmən elan olunduqdan sonra digər sol yönümlü partiyaların quruma qəbulu Əsasnamənin tələblərinə uyğun olaraq konsensus əsasında həyata keçiriləcək, bazar ertəsi Trend -a Azərbaycan Kommunist Partiyasından məlumat verilib.

Trend -un arayışı: Azərbaycan Sosialist, Kommunist, Vahid Kommunist partiyaları və Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının sədrləri solçu qüvvələrin birliyinin yaradılması ilə bağlı noyabrın əvvələrindən danışıqlar aparırlar. Birliyin yaradılmasında məqsəd bələdiyyə və parlament seçkilərində vahid platformadan çıxış etməkdir.

Azərbaycanda bələdiyyə seçkisi gələn il, parlament seçkisi isə 2010-cu ildə keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti