Azərbaycan, Bakı, 24 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratoru və ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
For dövlət başçısının Azərbaycanın inkişaf perspektivləriilə bağlı fikir və baxışlarını Amerika Birləşmiş Ştatlarına qayıdarkən həmkarlarına çatdıracağını bildirib.
Prezident Əliyev Forun Azərbaycana səfərinin ikitərəfli əlaqələrin, regiondakı vəziyyəti müzakirə etmək baxımından yaxşı imkan yaratdığını vurğulayaraq, ABŞ - Azərbaycan münasibətlərinin uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib.