...

Azərbaycan parlamenti hərbi xərclərin artırılmasını təsdiqləyib

Siyasət Materials 25 Noyabr 2008 12:44 (UTC +04:00)
Azərbaycan parlamenti hərbi xərclərin artırılmasını təsdiqləyib

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti 2009-cu ildə hərbi və müdafiə xərclərinin artırılmasını təsdiqləyib.

Parlamentin çərşənbə axşamı keçirilən iclasında 2009-cu ildə müdafiə və təhlükəsizlik sahəsinə iki milyard manatdan artıq (2,2 milyard dollara yaxın) maliyyə vəsaitinin ayırılmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib.

Trend -un arayışı: 2008-ci ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 1,5 milyard manat (1,850 milyard dollar) olub.

2003-2008-ci illərdə müdafiə və təhlükəsizlik xərcləri 4,5 milyard dollar olub. 2003-2009-cu illərdə isə bu xərclər 7 milyard dollar təşkil edəcək.

Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan maliyyə vəsaitinin investisiya hissəsində yeni hərbi-texniki avadanlıqların alınması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti