...

Bakıda üç dələduzluq faktı aşkar edilib

Siyasət Materials 1 Dekabr 2008 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir S. Kazımlı / Bakının Xətai rayonu ərazisində üç dələduzluq faktı aşkar edilib. Dələduzluq etməkdə təqsirləndirilən şəxslərin işə düzəltmək, torpaq sahəsi və ev satmaq adı ilə vətəndaşların pullarını alaraq mənimsədikləri bildirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a məlumat verilib.

Məlumatada bu ilin mart ayında Bakı şəhər sakini Asif Xəlilovun həmyerlisi Rəhbər Bayramovun etimadını qazanaraq torpaq sahəsi satacağı adı ilə ondan 5000 dollar aldığı qeyd olunur. Aprelin 19-da Xətai rayonundakı Telnov küçəsində yaşayan Mehbarə Niftullayeva Bakı şəhər sakini İlyas İmanovun etimadını qazanaraq işə düzəldəcəyi adı ilə ondan 5200 dollar alaraq mənimsəməkdə təqsirləndirilir. Avqustun 27-də Xətai rayonundakı Gəncə prospektində yaşayan Tamilla Eyyubova Bakı şəhər sakini Faiq Vəliyevin etimadını qazanaraq ev satacağı adı ilə ondan 25000 dollar alıb və qaytarmayıb. Zərərçəkənlər hadisələrlə bağlı polisə müraciət ediblər.

Faktlarla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü, 35-ci və 37-ci polis bölmələrində araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti