Əfqanıstan, Kabil,15 dekabr/ Trend , müxbir A.Hakimi/ Helmand mahalında aparılan təmizləmə əməliyyatları zamanı öldürülən taliblərin sayı qırxa çatıb. Bu barədə mahalın polis rəisi Əsədulla Şirzad bildirib.
Əməliyyatlar bir neçə gün əvvəl başlayıb və hələ də davam edir.
Şirzad öldürülən üç talib komandiri ilə bağlı detalları açıqlamayıb. Onun sözlərinə görə, əməliyyatlar mahalda son talib məhv edilənədək davam etdiriləcək.
Taliblərin nümayəndəsi Hari Yusif Əhmədi bildirib ki, öldürülənlər taliblər yox, dinc sakinlərdir. O, əməliyyatlar zamanı bir neçə dinc sakinin öldürüldüyünü bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend