...

Gürcüstan və Böyük Britaniyanın XİN nümayəndələri Avropaya inteqrasiya perspektivlərini müzakirə ediblər

Siyasət Materials 17 Dekabr 2008 12:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Xarici İşlər Nazirliyində bu ölkənin və Böyük Britaniyanın nümayəndələri arasında keçirilən görüşdə Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası perspektivləri nəzərdən keçirilib.

Görüşdə Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya və Böyük Britaniyanın Xarici İşlər Nazirilyinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya Departamentinin direktor müavini Conatan Dart iştirak edib.

Tərəflər ölkədəki vəziyyəti, hazırkı proseslərdə Aİ, BMT və ATƏT-in rolunu və Cenevrə prosesinin gedişini müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti