...

Konstitusiyaya dəyişikliklər təşəbbüsü müsbət xarakter daşıyır – Azərbaycan prezidenti İcra Aparatının şöbə müdiri

Siyasət Materials 19 Dekabr 2008 14:35 (UTC +04:00)
Konstitusiyaya dəyişikliklər təşəbbüsü müsbət xarakter daşıyır – Azərbaycan prezidenti İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir S.Ağayeva/ Cəmiyyətlər inkişaf etdiyi, siyasi, iqtisadi və sosiomədəni amillər dəyişdiyi üçün, Konstitusiyaya istənilən dəyişikliklər demokratikləşmə istiqamətində hərəkətdir, - Azərbaycan prezidenti İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanov hesab edir.

Azərbaycan parlamentinin cümə günü keçiriləcək iclasında Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə Referendum Aktı məsələsi müzakirə olunub. Onların arasında əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərinin hüququnun Konstitusiya tərəfindən təmin edilməsi və onlara eks-prezident statusunun verilməsini nəzərdə tutan 108-ci maddəyə; bir şəxsin iki dəfədən artıq ardıcıl prezident seçilməsinə məhdudiyyət tətbiq edən 101-ci  madənin 5-ci bəndinə dəyişikliklər var. 

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, ona sonuncu dəyişikliklər 2002-ci ildə edilib.

Aslanovun sözlərinə görə, zaman keçdikcə insan, onun baxış və meylləri dəyişir, ictimai və siyasi nizam təkmilləşir, cəmiyyətin iqtisadi strukturu dəyişir, dünyada yeni təhdidlər və qeyri-sabitlik amilləri meydana çıxır, məsələn, qloballaşma milli eynilik mahiyyətinin yeri və rolunu dəyişir.

"1995 və 2008-ci illər arasında ümumilikdə dünya nizamı dəyişib, təhlükəsizliyə yeni təhdidlər meydana çıxıb, bizim üçün inkişaf prioriteti olan demokratik inkişafı başqa şəkildə qəbul edirik", - Aslanov deyib.

Onun sözlərinə görə, Azərbaycan rekord iqtisadi göstəricilərə nail olub, müvafiq olaraq, iqtisadiyyatın liberallaşması uğurla gedir.

"Bütün bunlar Konstitusiyaya dəyişikliklər təşəbbüsünün ümumilikdə müsbət xarakter daşımasından danışmağa imkan verir; bu, əvvəla ictimai sifarişin, ikincisi, Azərbaycan cəmiyyətini demokratikləşdirməyin nəticəsidir. Üçüncüsü, Konstitusiyaya təklif edilmiş dəyişikliklər sosiumun simmetrik inkişafını təcəssüm etdirir", - Azərbaycan prezidenti İcra Aparatının şöbə müdiri bildirib.

Təbii ki, müzakirələr davam edir və birmənalı olaraq,  son sözü, öz rəyini ifadə etməli olan xalq deyəcək, - Aslanov bildirib. Onun sözlərinə görə, məsələn, Fransa kimi ölkədə son 200 ildə Konstitusiya 12 -15 dəfə dəyişib, ABŞ - da Konstitusiyaya 26 düzəliş qəbul edilib və bu, normal təzahürdür. Belə ki, cəmiyyət və dövlət inkişaf etdir, inkişaf isə, müvafiq qanunverici bazis tələb edir.

"Bizim məqsədimiz Azərbaycan cəmiyyətini maksimal dərəcədə demokratikləşdirmək və vətəndaş cəmiyyəti quruculuğuna başlamaqdır. Bu, qarşıdakı beş ildə Prezidentin əsas prioritetidir və heç kəsdə bu vəzifənin yerinə yetiriləcəyinə şübhə olmamalıdır", - Aslanov qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti