...

Azərbaycanın ən iri ticarət mərkəzlərindən birində baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (Fotosessiya)

Siyasət Materials 21 Dekabr 2008 17:11 (UTC +04:00)
Azərbaycanın ən iri ticarət mərkəzlərindən birində baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (Fotosessiya)

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir S.Kazımlı/ Daha bir FHN əməkdaşı dəm qazından zəhərlənib. Ona elə yerindəcə tibbi yardım göstərilib. Bu barədə məlumatı hadisə yerindən Trend -un müxbiri verib.

Öncə verilən xəbərdə bildirilirdi ki, yanğın zamanı xəsarət alan iki nəfər FHN əməkdaşı Mərkəzi Klinik Xəstəxanasının toksikoloji şöbəsinə yerləşdirilib. Bu barədə Trend -a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. "FHN-in digər iki əməkdaşı isə №3-li xəstəxanadadırlar. Onlar yüngül xəsarət alıblar", - deyə Nağıyev bildirib.

Dekabrın 21-də Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də yanğın baş verib. Yanğın zamanı ticarət mərkəzində çalışan bəzi insanlar da xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib.

Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də baş vermiş yanğının söndürülməsi işinə 40 yanğınsöndürən maşın və iki vertolyot cəlb olunub. Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib. Onun sözlərinə görə, yangın tam söndürülməsinə rəğmən bəzi yerlərdə yangın ocaqları qalmaqdadır.

Mirzəyev həmçinin əlavə edib ki, güclü tüstülənmə müvafiq işlərin aparılmasına maneçilik törədir.

Fövqəladə hallar nazirinin müavininin bildirdiyinə görə, yanğın 1300-1500 kv.m ərazini əhatə edib.

Mirzəyevin sözlərinə görə, yanğının səbəbləri müvafiq istintaq başa çatdıqdan sonra məlum olacaq. O həmçinin əlavə edib ki, FHN-nə yanğın barədə məlumat yerli vaxtla saat 11.00-da daxil olub.

Xəbər lenti

Xəbər lenti