...

Bakı metrostansiyalarında bomba qoyulması ilə bağlı yalan zənglərin yeri müəyyənləşib

Siyasət Materials 22 Dekabr 2008 18:15 (UTC +04:00)
Bakı metrostansiyalarında bomba qoyulması ilə bağlı yalan zənglərin yeri müəyyənləşib

Azərbaycan, Bakı, 22 dekabr, / Trend , müxbir S.Kazımlı/ Bakı Metropoliteninin stansiyalarına bomba qoyulması haqda hüquq-mühafizə orqanlarına yalan məlumatın haradan daxil olması müəyyənləşib və hadisə ilə bağlı cinayət işitə başlanılıb, - Nizami rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a məlumat verilib.

Dekabrın 21-də saat 14.56-da Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə Nizami rayonunun ərazisində yerləşən "Qara Qarayev" metrostansiyasına bomba qoyulması haqda naməlum şəxs tərəfindən məlumat daxil olub. Nazirliyin əməkdaşları hadisə yerinə gedərək araşdırma aparıblar və xəbərin yalan olduğu müəyyən olunub. Bundan bir neçə gün əvvəl də paytaxtda anaoloji hal baş vermişdi.

Dekabrın 18-də axşam saatlarında Nərimanov rayonu ərazisində yerləşən "Nəriman Nərimanov" metrostansiyası, bomba qoyulması ilə bağlı məlumatdan sonra bağlanmışdır. Yoxlamadan sonra məlumatın yanlış olduğu aşkar olunub.

Rayon Polis İdarəsindən bildiriblər ki, araşdırma zamanı zəngin rayon ərazisindəki avtomat telefonundan edildiyi müəyyənləşib. Zəng edən şəxsin kişi olduğu bildirilir. Hazırda Nizami rayon Polis İdarəsinin və Milli Təhlükəsizlik Naziriyi rayon şöbəsinin əməkdaşları hadisə ilə bağlı birgə tədbirlər həyata keçirirlər.

Faktla bağlı Nizami RPİ-də Azərbaycan Cinayət Məcəlləsininterrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216 - cı) maddəsi ilə cinayət işi başlanılıb və MTN-nin rayon şöbəsinə göndərilib, istintaq aparılır.

Nərimanov RPİ-dən Trend -a bildiriblər ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırılması üçün MTN-ə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti