...

Amerika Irana  strateji güzəştlərə getməlidir

Siyasət Materials 23 Dekabr 2008 16:06 (UTC +04:00)

Trend - un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

ABŞ Xarici İşlər İdarəsində İran üzrə fondun yaradılması haqda xüsusi olaraq düşünməsi göstərir ki, yeni seçilmiş prezident Barak Obamanın xarici siyasətində İran məsələsi, həssas və çox əhəmiyyətli bir mövzu  kimi,ilkin layihədir.

Cari ilin mayında 5+1 ölkələri ikinci dəfə İranın nüvə proqramının həssas bölməsi hesab olunan uranın zənginləşdirilməsi planını dayandırmaq üçün rəsmi Tehrana iqtisadi güzəştlər çərçivəsində təkliflər paketini təqdim ediblər. İran  da Qərbə öz təkliflər zərfini verib. İranın təkliflər paketinə ötəri bir baxış da deyir ki, , ümumiyyətlə, İranın nə istədiyi Qərbi   maraqlandırmır.

İranın təkliflər paketinin sonunda dolayısı ilə nüvə proqramının,  həm də yalnız İranın deyil, dünyada nüvə silahının məhvi  ilə bağlı müzakirələrə  hazır olduğu qeyd olunub. Digər tərəfdən, İran Orta Şərqdə təhlükəsizliyin bərpasında rol oynamağa hazır oluğunu  bildirib. Görünür, İran dünyada strateji dəyişikliklərdə iştiraka  daha çox meyllidir

Bazar günü Kondoliza Rays İrana qarşı BMT Təhlükəsizlik Şurası və ABŞ-ın , eləcə də onun müttəfiqlərinin tətbiq etdiyi iqtisadi sanksiyaların səmərəli olduğunu bildirib. Son aylarda, beynəlxalq maliyyə böhranı nəticəsində neftin qiymətinin 40 dollardan aşağı olması İranın iqtisadiyyatına böyük ziyan vurub, lakin iqtisadi təzyiqlərlə rəsmi Tehran nüvə proqramını dayandırmaq niyyətində deyil və bunu dəfələrlə bildirib.

ABŞ İranla müzakirəyə başlamaq istəsə, İranın strateji maraqlarına diqqət göstərməlidir: İran regionda öz maraqlarını güdür. ABŞ indiyədək İranın regionda maraqlarını rəsmən tanımayıb,  buna görə də, İraqda Müqtəda əl - Sədrin Mehdi ordusu, Livanda Hizbullah, Fələstində Həmas təşkilatı və Latin Amerikasında Venesuela, Boliviya və s.ölkələrlə İranın münasibətləri - rəsmi Tehran istəməsə də-  bütövlükdə ABŞ- ın maraqları əleyhinə yönəlib. ABŞ İranın region proseslərinə iştirak etməsinə imkan versəydi, İranın regionda rolu daha müsbət olardı.

Amerikanın yeni seçilmiş prezidentinin İranla şərtsiz müzakirəyə hazır olması ilə bağlı vədləri ümidvericidir, lakin bu müzakirələrin hansı səviyyədə, hansı mövzularla bağlı olacağı məlum olmayınca, iki ölkənin ortaq məxrəcə gəlməsi mümkun deyil.

ABŞ -ın İrana iqtisadi güzəştlərə getməklə, İranın nüvə proqramını dayandırmaq istəyi absurddur. İran 30 ildir sübut edir ki, iqtisadi təzyiqlər İranı tutduğu yoldan yayındırmağa qadir deyil. İran regionda daha böyuk mənafe güdür, bu böyük mənafeyin təmin edilməsinə ABŞ yaşıl ışıq göstərməyə hazırdırmı?

Təbii ki, ABŞ-la İranın maraqları bir çoxməqamlarda üst-üstə düşür, lakin rəsmi Vaşinqtonun İranla hesablaşmamasının səbəbi budur ki, əslində, tərəflər arasında etimad yoxdur. Bu etimadın yaranması üçun tərəflər, ən azından, bəzi müştərək mənafeləri -- məsələn, İraq və Əfqanıstandakı böhran - müzakirə mövzusu etməlidirlər və İrana  bu məsələlərin həllində imkan yaradılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: Trend

Xəbər lenti

Xəbər lenti