...

Rusiya prezidenti Azərbaycanlı həmkarını doğum günü münasibətilə təbrik edib

Siyasət Materials 24 Dekabr 2008 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend / Rusiya prezidenti Dmitri Medvedyev çərşənbə günü telefon söhbətində Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, - Kremlin mətbuat xidməti xəbər verib.

Dekabrın 24 - də Azərbaycan prezidenti İlham Əliyevin 47 yaşı tamam olub.

"Dövlət başçıları Rusiya və Azərbaycan arasında münasibətlərin əldə edilmiş səviyyəsinə yüksək qiymət verərək, onların gələcək genişlənməsi, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı əlaqələrin, o cümlədən də dünya iqtisadiyyatının böhranlı təzahürlərinin nəticələrinin neytrallaşdırılması məqsədilə, qarşılıqlı əlaqələrin yeni formalarının inkişafı üçün real perspektivlərin olduğunu qeyd ediblər", - məlumatda deyilir.

Kremlin mətbuat xidməti xəbər verib ki, Dmitri Medvedyev İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.

"Azərbaycan Respublikasının iqtisadiyyatda mühüm nailiyyətləri, sosial sahədə dəyişikliklərin ciddi nəticələri Sizə layiqli ümummilli dəstəyi və etibarı təmin etdi. Bir müddət əvvəl baş tutmuş seçkidə əsaslı qələbə Sizin məsuliyyətli, nüfuzlu siyasətçi, öz xalqının lideri reputasiyanızı təsdiqlədi. Rusiyada Sizi bizim ölkənin səmimi dostu kimi yaxşı tanıyırlar", - təbrikdə deyilir.

"Sizin möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan strateji tərəfdaşlığına şəxsi töhfənizi qiymətləndiririk. Əminəm ki, ölkələrimiz arasında çoxplanlı əməkdaşlıq nə qədər səmərəli olarsa, Qafqaz regionunda həyat bir o qədər sabit və təhlükəsiz olacaq, o qədər çox iqtisadi uğurlara nail olacağıq", - Medvedyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti