...

Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının yarıdan çoxunu razılaşdırıblar

Siyasət Materials 24 Dekabr 2008 15:56 (UTC +04:00)

Qazaxıstan, Astana, 24 dekabr/TrendNew, müxbir K.Konırova/ "Beş Xəzəryanı dövlətin nümayəndə heyətləri Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının təxminən 60 faizini razılaşdırıblar", - Qazaxıstanın xarici işlər nazirinin müavini Nurlan Yermekbayev çərşənbə günü Astanada keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.

"Bizim iclasımızda xüsusi işçi qrup tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətninin təxminən 60 faizi razılaşdırılıb. Lakin Konvensiyanın özü hələ qəbul edilməyib. O, dövlətlərarası, idarələrarası və hökumətlərarası səviyyədə razılaşdırma prosesindən keçəcək", - o deyib.

Dekabrın 23 - 24 - də Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinləri səviyyəsində Konvensiyanın işlənilməsi üzrə xüsusi işçi qrupunun 24 - cü iclası keçirilib.

Jurnalistlərin suallarını cavablandıran Yermekbayev deyib ki, "müzakirəsi tələb olunan və bir qədər işlənilməli bəzi məsələlər" qalır.

"Bizim mübahisəli məsələlərin həllinə yeni baxışlarımız var.Nümayəndə heyətlərinin iştirakçıları evlərinə "ev tapşırıqları" aparacaq və yerlərdəki ekspertlər bu tapşırıqlar üzrə daha ətraflı işləyəcəklər", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Astanada "konstruktiv dialoq baş tutub və tərəflər qarşılıqlı anlaşma nümayiş etdiriblər".

Bu sənədin müddəalarının sonrakı müzakirəsi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənilməsi üzrə xüsusi işçi qrupunun Moskvada keçirilməli olan növbəti iclasında davam etdiriləcək, - Yermekbayev deyib.

"Tərəflər görüşün nəticələrini müsbət qiymətləndirib və Moskvada, diplomatik kanallarla razılaşdırılmış müddətdə Konvensiya mətninin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər", - nazir müavini yekunlaşdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti