Azərbaycan, Bakı, 24 dekabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də əsaslı təmirdən sonra Nərimanov rayonundakı Milli Qəhrəman Samir Xasıyev adına parkla tanış olmuşdur.
Prezidentə bildirildi ki, parkda yeni müasir fəvvarələr quraşdırılmış, daş döşənmiş, müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış çoxlu oturacaq qoyulmuşdur. Ərazidə Hollandiyadan gətirilmiş müxtəlif gül və ağac kolları əkilmiş, çəmənlik salınmışdır. İşıqlandırma sistemində İtaliyadan gətirilmiş yüksək keyfiyyətli avadanlıqdan istifadə olunmuşdur.