...

Hakim partiyanın sədr müavini Azərbaycan xalqının martın 18 - də Konstitusiyaya dəyişikliklərin lehinə səs verəcəyinə ümid edir

Siyasət Materials 26 Dekabr 2008 14:54 (UTC +04:00)
Hakim partiyanın sədr müavini Azərbaycan xalqının martın 18 - də Konstitusiyaya dəyişikliklərin lehinə səs verəcəyinə ümid edir

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Az?rbaycan xalq? mart?n 18-d? Konstitusiyaya d?yisiklikl?rin lehin? s?s ver?c?k, - hakim Yeni Az?rbaycan partiyas?n?n s?dr muavini, partiyan?n icrac? katibi ?li ?hm?dov referendum gununun t?yin edilm?si bar?d? q?rar layih?sind? gost?rilmis tarix? istinad?n umid edir.

" Milli Məclisin irəli sürdüyü bu təşəbbüs  və dəyişikliklər paketi Azərbaycan xalqının və dövlətçiliyin maraqlarına kifayət qədər uyğun gəlir", - Əhmədov Milli Məclisin cümə günü keçirilən iclasında bildirib.

İclasda ölkə Konstitusiyasına təklif edilmiş dəyişikliklər müzakirə olunur.

Dekabrın 24 - də Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsində göstərilən təkliflərin ümumxalq səsverməsinə - referenduma çıxarılması və həmin əlavə və dəyişikliklərin Konstitutsiyanın 155-ci maddəsinə uyğunluğu barədə rəy verib.

155-ci maddəyə əsasən, Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş müddəaların insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5-ci bəndi Konstitusiyadan çıxararılıb. Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Bunun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Əhmədov, təəssüflə qeyd edib ki, bəzi hallarda  demokratiya normaları  ilə hüquq normalarının yeri  səhv salınır. Əhmədovun rəyinə görə, seçkilərin keçirilməsinin təşkili, seçki əsasında hakimiyyətin formalaşdırılması - bütün bunlar demokratik normalardır. Prezidentin seçilməsinə məhdudiyyətlərin olması isə - bu artıq hüquq normasıdır və dünyanın heç bir ölkəsində demokratik hesab edilə bilməz.

"Xalq növbəti dəfə konkret şəxsə etimad göstərərsə, bu, onun xalqın etibarını doğrultması deməkdir", - Əhmədov deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti